EN

Liqa 1 dən mübahisəli qərar: Lans PSJ oyunu təxirə salınıb

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 26 mart, AZƏRTAC

Fransa Liqa 1-in XXIX turunun "Lans" - PSJ oyunu təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu addım Paris klubunun UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərə "Liverpul"u ilə matça daha yaxşı hazırlaşa bilməsi səbəbindən atılıb.

Lakin Liqa 1-in qərarı birmənalı qarşılanmayıb. Çünki "Lans" hazırda ölkə çempionluğu uğrunda PSJ-nin əsas rəqibidir və qarşı tərəfin təxirəsalma ilə bağlı təklifini qəbul etməmişdi. Buna baxmayaraq, Fransa çempionatının təşkilatçıları "Lans"ın maraqlarını nəzərə almadan paytaxt təmsilçisinin xeyrinə qərar çıxarıblar.

Qeyd edək ki, "Lans"dan bir oyun az keçirən PSJ hazırda turnir cədvəlində 60 xalla ilk pillədədir. Liderdən bir xal az toplayan Lans şəhərinin eyniadlı təmsilçisi 2-ci sırada qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
11
azertag.az

10Sources