EN

Seks Fabreqas: “Komo” İtaliyanın ən güclülərindən biridir” – ARENA.AZ

“Komo”nun baş məşqçisi Sesk Fabreqas çalışdırdığı komanda haqda qənaətini açıqlayıb.

Arena.az ispan mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Altı-yeddi il qabaq “Komo” aşağı dəstələrdə mübarizə aparan sadə bir əyalət komandası idi. İndi isə İtaliyanın ən güclülərindən biridir”, deyə Fabreqas vurğulayıb.

Sesk Fabreqas hazırda ən perspektivli mütəxəssislərdən sayılır. Futbol ölçüləri ilə gənc hesab edilə biləcək 38 yaşlı ispan mütəxəssis “Komo”nun futbol layihəsinin əsas təməlidir.

Fabreqas rəsmən 2024-cü ilin iyul ayından “Komo”nun baş məşqçisi hesab edilir. Xatırladaq ki, Fabreqas əslində 2023-cü ildən “Komo”nu çalışdırırdı. Sadəcə, ispan mütəxəssisin gərəkli məşqçilik lisenziyası yox idi. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Sesk Fabreqasın rəhbərliyi altında 2023/2024-cü illər mövsümündə keçirdiyi 38 oyunda 73 xal toplamış “Komo” B Seriyasını 2-ci pillədə başa vurub və birbaşa İtaliya A Seriyasına yüksəlib.

Rəsmi fəaliyyəti dövründə Sesk Fabreqas “Komo”nu 74 oyuna çıxarıb, 33 qələbə, 20 heç-heçə, 21 məğlubiyyət yaşayıb.

İtaliya A Seriyasının 2025/2026-cı illər mövsümünün 30 turundan sonra “Komo” 57 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
4
7
arena.az

10Sources