AZ

PSJ-nin “Lans”la matçı ÇL-ə görə təxirə salındı – ARENA.AZ

Futbol üzrə Fransa çempionu, ölkə çempionatının cari mövsümünün lideri PSJ-nin Liqa 1-də “Lans”a qarşı keçirəcəyi oyun təxirə salınıb.

Arena.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqası məlumat yayıb.

Qurum Paris təmsilçisinin İngiltərənin “Liverpul” kollektivinə qarşı UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirəcəyi cavab oyununa yaxşı hazırlaşması üçün bu addımı atıb.

Xəbərdə bildirilir ki, daha əvvəl aprelin 11-də keçirilməsi planlaşdırılmış “Lans”la qarşılaşma mayın 13-də baş tutacaq. “Liverpul”la ÇL oyunu isə 14 apreldə təşkil ediləcək.

Xatırladaq ki, PSJ Liqa 1-in cari mövsümündə 60 xalla vahid liderdir. Rəqibindən 1 xal az toplamış “Lans” isə ikinci pillədə qərarlaşıb. Paris təmsilçisinin ehtiyatda təxirə salınmış daha bir oyunu var.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
23
1
arena.az

10Mənbələr