Vaşinqton, 26 mart, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın elçisi Stiv Uitkoff ABŞ-ın İrana 15 maddəlik addımlar siyahısı təqdim etdiyini təsdiqləyib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə o, Kabinetin iclasında deyib. Uitkoff razılaşmanın əldə edilməsi ehtimalının güclü olduğunu bildirib.
"Əgər razılaşma baş verərsə, bu, İran, bütün region və ümumilikdə dünya üçün əla olacaq", - deyə o əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton