ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Onun sözlərinə görə, süni intellekt texnologiyaları CV hazırlanmasını xeyli asanlaşdırır, məlumatların strukturlaşdırılmasını sürətləndirir. Lakin CV-lər şablon xarakterli olduğundan namizədlərin fərdi xüsusiyyətlərinin arxa plana keçir. Ekspert qeyd edib ki, işə qəbul zamanı insan faktoru həlledici olaraq qalır. Onun fikrincə, avtomatlaşdırılmış sistemlər namizədin təcrübəsini və motivasiyasını tam əhatə edə bilmir, xüsusilə də “yumşaq bacarıqlar”ın qiymətləndirilməsində ciddi məhdudiyyətlər mövcuddur. Loikova əlavə edib ki, rekruiterlər süni intellekt vasitəsilə hazırlanmış CV-ləri asanlıqla müəyyən edə bilirlər. Baxmayaraq ki, işəgötürənlər ilkin seçim mərhələsində bu texnologiyalardan geniş istifadə edir, yekun qərar yenə də insan tərəfindən verilir. Mütəxəssis vurğulayıb ki, süni intellektdən istifadə zamanı mətn mütləq fərdiləşdirilməli, standart ifadələrdən uzaq durulmalıdır. Əks halda, şablon yanaşma namizədin işə qəbul şansını əhəmiyyətli dərəcədə azalda bilər. Məhəmmədəli Həsənli
AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.