EN

“Lans” - PSJ oyunu təxirə salındı

Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Fransanın birinci liqasının rəhbərliyi “Lans” – PSJ oyununu təxirə salıb.

Hafta.az xəbər verir ki, buna səbəb Paris təmsilçisinin Çempionlar Liqasının 1/4 finalında “Liverpul”a qarşı keçirəcəyi matçdır.

Qərar çempionluq uğrunda mübarizə aparan “Lans” klubunun etirazına səbəb olub. Klub oyunun təxirə salınmasına qarşı çıxsa da, onun mövqeyi yekun qərara təsir göstərməyib.

Chosen
20
1
hafta.az

3Sources