Bakı. Trend:
FİFA futbolda bir sıra yeni qaydalar açıqlayıb.
Trend xəbər verirki, bu qaydalar 2026-cı il dünya çempionatından etibarən tətbiqediləcək.
Yeni qaydalara əsasən:
- Əgər əvəzedici oyunçu meydanı 10 saniyə ərzində tərk etməzsə,onu əvəz edən futbolçu meydana daxil olmazdan əvvəl bir dəqiqəgözləməli olacaq.
- Tibb heyəti tərəfindən müalicə olunan futbolçu bir dəqiqə ərzindəmeydandan kənarda qalmalı olacaq.
- VAR sisteminə ikinci sarı vərəqələr və mübahisəli künc zərbələriilə bağlı epizodları nəzərdən keçirmək səlahiyyəti veriləcək.
- Oyunçular topun oyuna daxil edilməsi və ya qapıdan zərbə zamanıvaxt itirərsə, hakim beş saniyəlik geri sayım tətbiq edəcək.
- Qayda pozuntusu halında top rəqib komandaya veriləcək: yanxəttdən oyuna daxil etmə və ya künc zərbəsi ilə.