EN

"7 iyun seçkilərində Paşinyan daha şanslıdır"- Millət vəkili

2026-cı il iyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərin əsas namizədləri “Vətəndaş Müqaviləsi” (Nikol Paşinyan), “Güclü Ermənistan” (Samvel Karapetyan / Narek Karapetyan), “Ermənistan” Alyansı (Robert Koçaryan)  partiyalarıdır. 

News365.az xəbər verir ki, Milli Məclisin deputatı Samir Vəliyev partiyaların qələbə şanslarını qiymətləndirib:

“Bu seçkinin nəticəsi Ermənistanın gələcəyi üçün olduqca böyük məna kəsb edir. Belə ki, Paşinyanın əsas rəqibləri revanşist qüvvələrin və daha çox Rusiya meyilli siyasi təmayülün təmsilçiləri sayılırlar. Bu baxımdan siyasi ekspertlər seçkini həm də qütblər arası savaş seçkisi adlandırırlar.

Bəlli olduğu kimi, Nikol Paşinyan ölkəsini son bir neçə ildə Rusiya orbitindən uzalaşdıraraq qərbə inteqrasiya yolunu seçib. Paralel olaraq regional münasibətlər sisteminə baxış fərqlidir. Paşinyan ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması sənədinə imza atıb, konusititsiya dəyişikliyini və Azərbaycan torpaqlarına əsasız iddialardan əl çəkmək yolunu seçib. Ölkəsinin yeni iqtisadi nizamda logistik iştirakını təsdiqləyib.

Digər iki namizədin isə, məslələrə baxışı tam fərqli bir yol təqib etməkdədir. Rusiyanın patranajlığı altında seçikiyə qatıldığı iddia edilən Sanvel Karapetyan Ermənistan cəmiyyətində daha çox oliqarx kimi tanınır. Ötən il iyunun 18-də hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar etmək maddəsi ilə ittiham olunaraq həbs edilmişdi. Həmin vaxt Ermənistan hüquq mühafizə orqanları bildirmişdilər ki, Karapetyanın açıqlamaları ölkənin konstitusiyon quruluşu üçün təhlükə yaradıb. Sonradan onun həbsxana tədrici ev dustaqlığı ilə əvəz edilsə də, Bu ilin yanvarında Karapetyan məhkəmənin müvafiq qərarı ilə yenidən dörd divar arasına qaytarıldı. Lakin cəmi bir gün sonra bu qərar dəyişdirildi və o, ev dustaqlığına qaytarıldı. 

73 yaşlı Koçeryanın isə seçkilərdə qələbə ehtimalı zəif dəyəndirilir. Səbəb kimi onun rəhbərliyi dövründə Ermənistanın aclıq və səfalət içində olması göstərilir. 

Nikol Paşinyanın başçılıq etdiyi siyasi partiya seçkilərin açıq favoritidirr. Son sorğular da bu faktı təsdiqləyir. Belə ki, mart ayında 1506 respondent arasında keçirilmiş sorğuda iqtidar partiyasi 24 faiz səslə lider olub. Samvel Karapetyanın partiyası respondentlərin 9, Robert Koceryanın rəbərlik etdiyi “Ermənistan alyansı” isə  3 faiz səs tplayıb. Digər 3 faiz isə milyarder Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasına səs verəcəyini bildirib.

Bununla da biz hesab edirik ki, seçkilərdə Paşinyanın rəhbərlik etdiyi siyasi partiya qalib olacaq. Bunun əsas səbəbi isə Ermənistan cəmiyyətinin Paşinyanın sülh siyasətinə dəstək verməsidir. Bəlli olduğu kimi Paşinyan Azərbaycan ilə münasibətlərin normallaşmasını, konstitusiyanın dəyişməsini, sülh müqaviləsinin imzalanmasını prioritet elan edib. 

Son 7 ayda Ermənistan üçün mühüm yeniliklər baş verib. Azərbaycan Ermənistana yük daşınması ilə bağlı embarqosunu aradan qaldırıb, neft məhsullarının ixracına başlayıb. Bu isə Ermənistanda sosial rifahın yaxşılaşmasına təkan verir. Erməni cəmiyyəti müharibə tezisləri üzərindən təbliğat aparan namizədlərin hazırki, düzəni dağıtmasından qorxur. Paşinyanın apardığı siyasəti isə Ermənistanın xilası adlandırırlar. 

Siyasi ekspertlər bildirirlər ki, Zəngəzur dəhlizi, TRİP layihəsi Ermənistan üçün iqtisadi nəfəslik ola bilər. Bütün bunların fonunda revanşistlər icitami rəydə nüfüz qazanmaq üçün Qarabağ kartından istifadə etməyə çalışırlar. Lakin böyük ehtimalla seçicilər revanşizmə səs verməyəcək. Çünki onlar ölkəni müharibəyə sürükləyə bilərlər ki, bu da erməni cəmiyyəti üçün arzuolunan deyil. Ermənilər işğalçılıq siyasətinin nəticəsinin onlar üçün necə acı olduğunu artıq görüblər. Ona görə də ehtimal olunur ki, seçicilərin böyük əksəriyyəti Paşinyanın rəhbərlik etdiyi partiyaya səs verəcək".

News365.az

Chosen
26
news365.az

1Sources