EN

DÇ-2026: Türkiyə millisi pley-offda finala yüksəldi

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsi çərçivəsində Türkiyə millisi İstanbulda Rumıniya ilə üz-üzə gəlib.

Heftelik.az xəbər verir ki,  “Beşiktaş Park”da 53-cü dəqiqədə Ferdi Kadıoğlunun qolu ilə Türkiyə yığması önə keçib.

Matçda başqa qol olmayıb. Bunun da Türkiyə millisi Avropa zonası üzrə pley-off mərhələsinin finalına yüksəlib.

Türkiyə yığmasının rəqibi Slovakiya – Kosovo qarşılaşmasının qalibi olacaq.

Chosen
46
27
heftelik.az

10Sources