AZ

DÇ-2026: Türkiyə Rumıniyaya qalib gəldi

Futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-off oyunlarına start verilib.

“İki sahil” xəbər verir ki, gecənin ilk matçı İstanbulda Türkiyə və Rumıniya yığmaları arasında keçirilib. Qarşılaşma "ay-ulduzlular"ın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Fərdi Kadıoğlu vurub.

Türkiyə millisi finalda Slovakiya-Kosovo duelinin güclüsü ilə üz-üzə gələcək.

Gecənin digər matçları Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, Avropa zonası üzrə pley-off oyunlarından sonra ümumilikdə 4 milli komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcək. Həlledici oyunlar martın 31-də təşkil olunacaq.

Seçilən
19
1
ikisahil.az

10Mənbələr