EN

İrəvanda kritik dönüş: Bəyannamə silinir, Konstitusiya dəyişir

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin siyasi kursunda ciddi dəyişiklik siqnalları verib.

Musavat.com xəbər verir ki, Paşinyan bildirib ki, Müstəqillik Bəyannaməsində əks olunan istiqamət Ermənistan dövlətçiliyinin gələcəyi üçün risklidir və bu yanaşma dəyişdirilməlidir.

Baş nazirin sözlərinə görə, yeni Konstitusiya layihəsi qəbul olunana qədər referenduma bir neçə dəfə çıxarıla bilər. O vurğulayıb ki, əsas qanundan Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması regionda uzunmüddətli sabitlik üçün vacib addımdır.

Paşinyan əlavə edib ki, əgər vətəndaşlar layihəni ilk səsvermədə dəstəkləməsələr, hökumət izahat kampaniyasını davam etdirəcək və sənəd yenidən referendum vasitəsilə xalqın müzakirəsinə təqdim olunacaq.

 

Musavat.com

Chosen
35
9
musavat.com

10Sources