EN

Nazir: Putin və Tramp bir-birinə hörmət edir və açıq danışır

BAKI, 27 mart. TELEQRAF

Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trump arasında qarşılıqlı hörmət mövcuddur.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanın “Frans Televizion” telekanalına müsahibəsində bildirib.

“Onlar bir-birinə hörmət edir, hər zaman və hər məsələdə razılaşmasalar da, kişilərə və böyük siyasətçilərə xas şəkildə açıq, problemləri və fikir ayrılıqlarını gizlətmədən danışmağı bacarırlar”, - deyə nazir qeyd edib.

Məlumata görə, bundan əvvəl Donald Trump Rusiya lideri ilə münasibətlərinin yaxşı olduğunu bildirmişdi.

Chosen
84
teleqraf.com

1Sources