EN

Uli Hönessdən Maykl Olise ilə bağlı sərt açıqlama

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Münhen "Bavariya"sının fəxri prezidenti Uli Höness Maykl Olisenin "Liverpul"a transfer olunacağı barədə gəzən şayiələrə son qoyub.

Fanat.Az xəbər verir ki, klub rəsmisi futbolçunun satılmayacağını birmənalı şəkildə ifadə edib.

Höness bildirib ki, "Liverpul" yayda 500 milyon avro xərcləməsinə baxmayaraq, çox pis mövsüm keçirir və onların güclənməsinə kömək etmək niyyətində deyillər.

Onun sözlərinə görə, klub futbolu azarkeşlər üçün oynayır və bankda artıq 200 milyon funt-sterlinqin olması meydandakı zəif çıxışı kompensasiya etmir.

Höness "Bavariya"nın ulduz oyunçusunu komandada saxlamaqda israrlı olduğunu bir daha vurğulayıb.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
55
1
fanat.az

2Sources