EN

“Tehran Vaşinqtona 10 neft tankeri verməyi vəd edib” Trampdan İDDİA

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın nəticəsində Birləşmiş Ştatların İranın neft resurslarına çıxış əldə edə biləcəyini istisna etməyib.

"Report" xəbər verir ki, Tramp bu barədə Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Bu, bir variantdır. Mən bu barədə danışmazdım. Amma bu, bir variantdır", - hərbi əməliyyatlar başa çatdıqdan sonra Amerika tərəfinin İranın neft ehtiyatlarına çıxış əldə etmək niyyətində olub-olmaması barədə suala cavab verərkən Tramp qeyd edib.

Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, Tehran Vaşinqtona xoşməramlı jest olaraq 10 neft tankeri verməyi vəd edib.

"Onlar dedilər: [danışıqlarda] ciddi olduğumuzu sizə göstərmək üçün səkkiz neft gəmisi, səkkiz böyük neft gəmisi əldə etməyinizə icazə verəcəyik. Bu, iki gün əvvəl idi. Sonra daha iki tanker. Beləliklə, cəmi 10 gəmi", - Amerika lideri iddia edib

O həmçinin əməliyyat zamanı ölkə prezidenti Nikolas Maduronun hakimiyyətdən kənarlaşdırıldığı Venesueladakı son hadisələrlə də paralel aparıb: "Venesuelada hər şey bizim üçün çox uğurlu alındı... Biz milyardlarla və milyardlarla dollar əldə etdik".

Daha əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
3
azpolitika.info

10Sources