Bakı. Trend:
Kapitallaşma baxımından ən çox qiymətləndirilən ikikriptovalyutanın – "Bitcoin" və "Ethereumun" (ETH) dəyəriazalır.
Trend xəbər verirki, bu barədə "Binance" platformasından əldə edilən məlumatlargöstərir.
Bakı vaxtı ilə saat 07:17-yə olan məlumata görə, "Bitcoin" 2,98%azalaraq 68 797 dollara, "Ethereum" isə 4,13% ucuzlaşaraq 2 062dollara düşüb.
Ümumi kriptovalyuta bazarının kapitallaşması 2,36 trilyon dollartəşkil edib. Bunun 1,375 trilyon dolları (58,3%) Bitcoin-in, 248,93milyard dolları (10,5%) isə "Ethereum"un payına düşür.
Son 24 saat ərzində qlobal kripto birjalarında 99 mindən çoxtreyderin mövqeləri likvidasiya olunub ki, bu da ümumilikdə 329,05milyon dollar təşkil edir. Likvidasiyaların böyük hissəsi"Ethereum" üzrə qeydə alınıb.
Likvidasiyaların təxminən 287,02 milyon dolları uzun mövqelər,42,02 milyon dolları isə qısa mövqelər üzrə olub.