ABŞ Maliyyə Nazirliyi prezident Donald Trampın imzasını dollar əskinaslarına yerləşdirmək planlarını açıqlayıb.
Musavat.com xəbər verir ki, bu qərar ABŞ müstəqilliyinin 250 illiyinə hazırlıqların bir hissəsi kimi nəzərdən keçirilir və misli görünməmiş bir qərar olacaq: ənənəvi olaraq ABŞ əskinaslarında Maliyyə naziri və xəzinədarın imzaları olur.
Nazirlik qeyd edib ki, Maliyyə naziri Skott Bessentin imzası da yeni əskinaslarda görünəcək. Bessent özü bildirib ki, "böyük ölkəmizin tarixi nailiyyətlərini anmaq üçün prezidentin imzasını daşıyan əskinasları buraxmaqdan daha güclü bir yol yoxdur".
Musavat.com