EN

Kriptovalyutada şok eniş: Bitcoin 68 min dollara düşdü

Kapitallaşma baxımından ən çox qiymətləndirilən iki kriptovalyutanın – “Bitcoin” və “Ethereumun” (ETH) dəyəri azalır.

KONKRET.az xəbər verir ki, bu barədə “Binance” platformasından əldə edilən məlumatlar göstərir.

Bakı vaxtı ilə saat 07:17-yə olan məlumata görə, “Bitcoin” 2,98% azalaraq 68 797 dollara, “Ethereum” isə 4,13% ucuzlaşaraq 2 062 dollara düşüb.

Ümumi kriptovalyuta bazarının kapitallaşması 2,36 trilyon dollar təşkil edib. Bunun 1,375 trilyon dolları (58,3%) Bitcoin-in, 248,93 milyard dolları (10,5%) isə “Ethereum”un payına düşür.

Son 24 saat ərzində qlobal kripto birjalarında 99 mindən çox treyderin mövqeləri likvidasiya olunub ki, bu da ümumilikdə 329,05 milyon dollar təşkil edir. Likvidasiyaların böyük hissəsi “Ethereum” üzrə qeydə alınıb.

Likvidasiyaların təxminən 287,02 milyon dolları uzun mövqelər, 42,02 milyon dolları isə qısa mövqelər üzrə olub.

Chosen
18
3
konkret.az

4Sources