EN

"Bitcoin"in qiyməti ucuzlaşıb

Son 24 saat ərzində kriptovalyuta bazarında əsas aktivlərdə əsasən eniş müşahidə olunub.

 

Bitcoin son 24 saatda 2,80% ucuzlaşaraq 68 570,03 dollar, Ethereum isə 3,93% azalaraq 2 057,03 dollar səviyyəsinə enib.

 

Bazarın digər əsas aktivlərində də mənfi dinamika üstünlük təşkil edib. Belə ki, BNB 1,65% azalaraq 628,73 dollar, XRP 2,27% ucuzlaşaraq 1,36 dollar, Solana 3,95% azalaraq 86,44 dollar, Dogecoin isə 1,85% ucuzlaşaraq 0,09212 dollar təşkil edib.

 

Eyni zamanda bəzi aktivlərdə nisbətən məhdud dəyişikliklər qeydə alınıb. Bitcoin Cash 1,22% azalaraq 463,89 dollar, Cardano 3,80% ucuzlaşaraq 0,2547 dollar olub. Bununla yanaşı, TRON digər aktivlərdən fərqli olaraq 0,27% azalaraq 0,3149 dollar səviyyəsində qərarlaşıb.

 

Kriptovalyuta bazarında müşahidə olunan eniş əsasən investorların riskli aktivlər üzrə ehtiyatlı mövqe tutması, qlobal maliyyə bazarlarında satış təzyiqinin artması və mənfəət realizasiyasının güclənməsi ilə əlaqələndirilir.

 

APA

Tarix: 27 Mart 2026, 09:35   
Chosen
4
3
pravda.az

4Sources