EN

Milli komandamız bu gün növbəti oyununa çıxacaq

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

Reyting.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz ölkəmizdə təşkil edilmiş “FIFA Series – 2026” beynəlxalq turnirində qüvvəsini sınayacaq.

Komandamız turnirdəki ilk matçında Sent Lüsiya yığması ilə qarşılaşacaq. Sumqayıtda keçiriləcək görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Giorgi Kruaşvili olacaq.

Qeyd edək ki, bu, millimizin 2026-cı ildə ilk oyunudur. Komandamız martın 30-da Syerra Leone yığması ilə də üz-üzə gələcək.

FIFA Series - 2026

27 mart

19:00. Azərbaycan – Sent Lüsiya

Baş hakim: Giorgi Kruaşvili

Baş hakimin köməkçiləri: Levan Varamişvili, Giorgi Elikaşvili

Dördüncü hakim: Koba Revazaşvili

(Hakimlər briqadası Gürcüstandandır)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.(Teleqraf)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
8
reyting.az

10Sources