Bakı, 27 mart, AZƏRTAC
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin B qrupunda bu gün Portuqaliya ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, 8-ci kilometr qəsəbə stadionunda təşkil olunacaq görüş saat 15:00-da başlayacaq.
Azərbaycanın U-21 millisi B qrupunda altı komanda arasında 5 xalla beşinci pillədədir.
Müxbir - Cavid Əliyev