EN

Ukrayna özünü qoruya bilmir: Körfəz ölkələrinin təhlükəsizliyinə...

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukrayna Körfəz ölkələrinin təhlükəsizliyinə dəstək verə bilər. 

“Cebheinfo.az” Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski yerli kanallara müsahibəsində Yaxın Şərqdəki hazırkı vəziyyət və Kiyevin sözügedən regionda proseslərdə rolu barədə çıxış edib. 

Zelenski qeyd edib ki, Körfəz ölkələri təhlükəsizliklə bağlı məsələlərdə Ukraynaya müraciət edib.

"Birləşmiş Ştatlar Yaxın Şərq ölkələrindəki bazaları ilə bağlı bizə müraciət edib. Həmçinin Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İordaniya və Küveyt də bizə müraciət edib”, - deyən Zelenski vurğulayıb ki, artıq bu istiqamətdə işlər görülür.

“Bəziləri ilə artıq işləyirik və ekspert qruplarımız oradadır. Bölgədə vəziyyəti qiymətləndirir, əvəzsiz təcrübələrini bölüşürlər. Çünki Yaxın Şərqdə nə qədər Patriot, THAAD və digər HHM sistemləri olsa da, bu, hava hücumundan müdafiənin tam fəaliyyəti üçün kifayət etməyəcək. 

Sıx dron zərbələrinə qarşı işləməli olan müasir perexvatçılar (tutucular) var", - deyə Ukrayna dövlət rəhbəri qeyd edib. 

Zelenski həmçinin ölkəsinin müdafiə sənayesində problemlərə də toxunub.

"Hazırda müdafiə sənayemiz yarı gücü ilə çalışır və özümüz üçün dron istehsalına daha çox maliyyə lazımdır. Ona görə də bizdə profisit olan sistemləri tərəfdaşlarımıza satmağa hazırıq. Və biz sadəcə satmırıq, həm də onlara təcrübəmizi veririk".

Yunis Abdullayev 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
1
cebheinfo.az

2Sources