EN

Magistral su xətti partladı

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Kürdəmirdə magistral su xətti partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.

Gununsesi.info xəbər verir ki, qəza Külüllü-Kürdəmir magistral su xəttinin 32-ci km-dəki hissəsində – rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.

Diametri 55 mm olan su borusunun partlaması nəticəsində ətrafdakı həyətyanı sahələri su basıb və sakinlərə xeyli maddi ziyan dəyib.

Hadisə yerinə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 min sakinini içməli su ilə təmin edir. (“Report”)

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
18
icma.az

10Sources