EN

İrandan Azərbaycana indiyədək 3040 nəfər təxliyə edilib

İrandan fevralın 28-i saat 08:00-dan martın 27-si saat 10:00-dək Azərbaycana ümumilikdə 3 040 nəfər təxliyə olunub.

Məlumata görə, təxliyə olunanların 516 nəfəri Azərbaycan vətəndaşıdır.

Təxliyə edilənlər arasında ən çox Çin (723 nəfər), Rusiya (343), Banqladeş (198), Hindistan (184), Tacikistan (187) və Pakistan (148) vətəndaşları olub. Bundan əlavə, Oman (80), İndoneziya (68), İran (57), İtaliya (44), Əlcəzair (30), İspaniya (26), Almaniya və Kanada (hərəsi 24), Fransa (19), Gürcüstan (19), Səudiyyə Ərəbistanı və Yaponiya (hərəsi 18) və digər ölkələrin vətəndaşları da təxliyə olunub.

Bununla yanaşı, Böyük Britaniya, Belarus, Bolqarıstan və Konqo Demokratik Respublikasının hərəsindən 10, Braziliya və Sudan (hərəsi 8), Venesuela (7), Slovakiya, Belçika, Rumıniya və Birləşmiş Ərəb Əmirlikləri (hərəsi 6) vətəndaş təxliyə edilənlər arasındadır.

Digər ölkələrdən Türkiyə, Serbiya, Çexiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya, Yunanıstan, Vyetnam və Qırğızıstanın hərəsindən 5, İordaniya, Filippin, Ukrayna, Şri-Lanka, Küveyt, Finlandiya və Niderlandın hərəsindən 4, Qətər, Xorvatiya, Danimarka və Norveçin hərəsindən 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr və Sloveniyanın hərəsindən 2 nəfər təxliyə olunub.

Həmçinin Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikan Respublikasının hərəsindən 1 nəfər Azərbaycana təxliyə olunub.

Chosen
19
2
anews.az

10Sources