EN

Hörmüzdə qanlı dram: İrandan vurulan gəmi adada saya oturdu

Martın 11-də Hörmüz boğazında İran tərəfindən hücuma məruz qalan və heyəti tərəfindən tərk edilən Tailandın "Mayuree Naree" yük gəmisi Fars körfəzindəki Qeşm adası yaxınlığında saya oturub.

Musavat.com xəbər verir ki, İranın dövlət mediası hücumdan sonra idarəolunmaz vəziyyətdə qalan gəminin dəniz axınları ilə adaya qədər sürükləndiyini təsdiqləyib.
Xatırladaq ki, hadisə zamanı gəmiyə ağır zərbələr endirilmiş, nəticədə üç dənizçi itkin düşmüşdü və onların taleyi hələ də məlum deyil. Heyətin qalan üzvləri gəmini xilas etmək mümkün olmadığı üçün onu tərk etmək məcburiyyətində qalmışdılar.

Hazırda gəminin gövdəsində ciddi zədələrin olduğu və yanacaq sızması riskinin yarandığı bildirilir. Qeşm adası yaxınlığındakı ekoloji vəziyyəti qorumaq üçün yerli sahil mühafizə xidməti əraziyə cəlb olunub. Bu hadisə SEPAH-ın məhv edilmiş Dəniz Qüvvələri komandanı Əlirza Tənqsirinin Hörmüz boğazında başlatdığı "ticarət gəmiləri savaşı"nın ən acı nəticələrindən biri hesab olunur.

Ekspertlər qeyd edirlər ki, Tailand kimi neytral ölkələrin gəmilərinin hədəf alınması regionda dəniz təhlükəsizliyinin tamamilə yox olduğunu göstərir. Gəminin sahibi olan şirkət və Tailand hökuməti itkin düşən dənizçilərin tapılması və gəminin geri qaytarılması üçün beynəlxalq qurumlara müraciət edib.


Musavat.com

Chosen
28
12
musavat.com

10Sources