EN

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olub, Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib.

Doğru.az AZƏRTAC-a istinadən xəbər verir ki, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlətimizin başçısını qarşılayıb.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini deyərək, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğulayıb.

Dövlətimizin başçısı Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında II İlya həzrətlərinin roluna toxunub.

Zurab Pataradze səfirliyə gələrək başsağlığı verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

DOĞRU.AZ 

image-xpqsoniqwkhyjh7jhksvcqdwkltff8gvhhguwbkz_640 image-i4jobzxeja6wrp8chpsowmfsw9pyomgvqneicngn_640 image-tmfywgr5sytpuvuvhkwk27stkqyvopaoynzez3c0_640 image-qng889azkucjjhkegpvidyawkqpxcyixkx7mnebg_640 image-2sc0jkfftvmodyun0xcwhgqdmvmn3bi2hni3scac_640 image-ita0j8q5sul9m73sar05kwhnfvtgdreiv4lfo0ba_640

Chosen
6
49
dogru.az

10Sources