EN

Dumanlı Hörmüz : Üç mümkün ssenari ŞƏRH

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ekspert Eldəniz Əmirovun fikrincə, bu nəticə İranın 24 mart tarixində BMT Təhlükəsizlik Şurasına və BMT-nin Dəniz Nəqliyyatı Təşkilatına ünvanladığı məktuba daha uyğun görünür: "Buna görə də mənim baza ssenarim belədir ki, martın sonu və ya aprelin ilk yarısı ərzində boğazda qismən hərəkət bərpa oluna bilər, amma bu bərpa qeyri-bərabər olacaq. Bəzi gəmilər keçəcək, bəziləri gözləyəcək, sığorta haqları və daşınma xərcləri yüksək qalacaq, hərbi və siyasi gərginlikdən asılı olaraq bir neçə günlük yeni fasilələr də mümkündür. Yəni “açıldı” xəbəri gəlsə belə, bu, “normallaşdı” demək olmayacaq". Onun fikrincə, daha kəskin risk ssenarisi də var: İran “qeyri-düşmən gəmi” formulunu daha da sərtləşdirir və keçiddə faktiki olaraq siyasi filtr tətbiq edir. Bu halda boğaz hüquqi olaraq tam bağlanmamış görünəcək, amma kommersiya baxımından yarıblokada rejimi formalaşacaq. Hazırda ən real təhlükə məhz budur. Keçid tam sıfır deyil, davamlı qeyri-müəyyənlik və bahalı keçid olacaq. Ən aşağı ehtimallı, amma ən ağır nəticəli ssenari isə apreldə daha geniş regional eskalasiyadır. Bu halda neft bazarı sadəcə qiymət şoku yox, fiziki çatdırılma böhranına doğru gedəcək. Ekspert bunu əsas ssenari saymasa da, etiraf edir ki, bazarın qiymətində bu risk artıq hiss olunur. "Əlqərəz, yekun proqnozum budur ki, Hörmüz boğazının aqibəti “tam açılma” ilə “tam bağlanma” arasında qalacaq, amma yaxın perspektivdə onun əvvəlki kimi normal, ucuz və proqnozlaşdırılan tranzit dəhlizi kimi işləməsi çətin görünür. Daha inandırıcı ssenari odur ki, aprel boyunca boğaz qismən işləyəcək, lakin siyasi icazə, sığorta, təhlükəsizlik və hərbi risklər səbəbindən bazara tam rahatlıq verməyəcək. Başqa sözlə, boğazın aqibətini “tam blokada yox, uzanan nəzarətli qeyri-normallıq” kimi görürəm",- Eldəniz Əmirov fikirlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
1
azvision.az

2Sources