EN

Masallıda dəhşətli QƏZA: Ölən və yaralananlar var 

Masallı rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. 
 
Moderator.az xəbər verir ki, hadisə günorta saatlarında Ələt-Astara magistral yolunun 122-ci kilometrliyində, Ləngan kəndi yaxınlığında qeydə alınıb.
 
Astara istiqamətində hərəkət edən "Toyota Prado" markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində bir neçə dəfə çevrilib.
 
Qəza zamanı nəqliyyat vasitəsində olan azyaşlı uşaq hadisə yerində keçinib, digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
 
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
 
Chosen
31
41
moderator.az

10Sources