EN

İranda 3 Mossad agenti saxlanıldı

İranın Kermanşah vilayətində İsrailin “Mossad” kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən üç nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Nour News” agentliyi məlumat yayıb. Əməliyyatın keçirilməsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kəşfiyyatı da iştirak edib.

Agentliyin məlumatına görə, saxlanılan şəxslər kuratorların göstərişləri ilə hərəkət edərək “küçələrdə sabitliyi pozmağı, eləcə də həssas obyektlərə və hərbi hədəflərə qarşı diversiya hücumları həyata keçirməyi” planlaşdırıblar.

Onların gizləndiyi yerdə aparılan axtarış zamanı silah, sursat, barıt, detonatorlar, həmçinin ov patronlarının hazırlanması üçün avadanlıq aşkar edilərək götürülüb.

Chosen
11
1
bakivaxti.az

2Sources