EN

Dövlətə xəyanətdə ittiham olunur


Slovakiya müxalifəti Baş nazir Robert Fitsonu dövlətə xəyanətdə ittiham edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Slovakiya parlamentində təmsil olunan müxalif “Sloboda a Solidarita” (SaS) partiyasının rəhbəri Branislav Qrolinq “Facebook” sosial şəbəkə səhifəsində məlumat verib.
Onun sözlərinə görə, cinayət işi SaS partiyası tərəfindən qaldırılıb.
Partiya Fitsonu digər cinayətlər də daxil olmaqla, “Drujba” neft kəmərinin bağlanması ilə əlaqədar Ukraynaya təcili elektrik enerjisi təchizatını dayandırmaq qərarına görə dövlətə xəyanətdə, həmçinin, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edir.
Partiya iddia edir ki, bu qərar Slovakiyanın maraqlarına zərər verir və sabotaj hesab edilə bilər.
Slovakiya polisi bu şikayətlə bağlı araşdırmaya başlayıb.
İş Bratislava Regional Prokurorluğuna təhvil verilib.
Müxalifətin tələbinə ölkə tarixində ilk dəfə 13 mindən çox vətəndaş qoşulub.
Chosen
30
1
yeniavaz.com

2Sources