Quba, 27 mart, AZƏRTAC
Qubada kanalizasiya borusunun tutulması nəticəsində çirkab suları həyətlərə dolub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə martın 27-si günorta saatlarında rayonun Zərdabi qəsəbəsində baş verib. Quba və Qusar rayonlarının çirkab sularının axıdılması üçün nəzərdə tutulan mərkəzi kanalizasiya xəttinin qarşısının tutulması nəticəsində çirkab suları 200 metr məsafədə Quba-Xaçmaz yolunun kənarı boyunca yayılıb. Həmçinin 10-a yaxın evin həyətinə su dolub.
Hadisə ilə bağlı müvafiq dövlət qurumları məlumatlandırılıb.
Müxbir - Elxan Yusifli