EN

Qahirədə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nümayəndələrinin iştirakı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Qahirə, 27 mart, AZƏRTAC

Türkiyənin Qahirədəki səfirliyində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nümayəndələrinin iştirakı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə TDT-yə üzv ölkələrin səfirliklərinin əməkdaşları, diaspora təşkilatlarının təmsilçiləri, Misir ictimaiyyətinin nümayəndələri, eləcə də jurnalistlər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Türkiyənin Misirdəki səfiri Salih Mutlu Şen Novruz bayramının mədəniyyətlər arasında körpü rolunu oynayan və ümumbəşəri dəyərləri təcəssüm etdirən mahiyyətindən danışıb. O bildirib ki, Novruz baharın gəlişini simvolizə edir, dostluq, sülh və həmrəylik kimi dəyərlərin təşviqinə xidmət edir.

Səfir regionda davam edən münaqişələrin tezliklə başa çatacağına və sülhün bərqərar olacağına ümidvar olduğunu ifadə edib.

Qeyd olunub ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib, 2025-ci ildə isə Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq bayram kimi qeyd olunması qərara alınıb.

Rəsmi hissədən sonra qonaqlar ənənəvi Novruz mərasimləri, türk musiqisi və xalq rəqslərinin müşayiəti ilə türk mətbəxinin nümunələrindən dadıblar.

Tədbir çərçivəsində, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diplomatik nümayəndələri çıxış ediblər.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
1
azertag.az

2Sources