21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
İdmanxeber.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi komanda Portuqaliya Bakıda yığması ilə qarşılaşıb. Görüş rəqibin böyük hesablı qələbəsilə başa çatıb – 4:0.
27 mart
Avropa çempionatı
Seçmə mərhələ
15:00 Azərbaycan U-21 – Portuqaliya U-21 – 0:4
Baş hakim: Xristos Vergetis (Yunanıstan)
Qeyd edək ki, Azərbaycan millisi B qrupunda 6 komanda arasında 5 xalla 5-ci sıradadır. Portuqaliya isə 13 xalla birinci pillədə qərarlaşıb.