21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Msport.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi komanda 8-ci kilometr qəsəbə stadionunda Portuqaliya ilə üz-üzə gələcək. Saat 15:00-da start götürəcək oyunu yunanıstanlı hakimlər briqadası idarə edəcək.
27 mart
Avropa çempionatı
Seçmə mərhələ
15:00 Azərbaycan U-21 – Portuqaliya U-21
Baş hakim: Xristos Vergetis (Yunanıstan)
Bakı, 8-ci km qəsəbə stadionu
Qeyd edək ki, Azərbaycan millisi B qrupunda 6 komanda arasında 5 xalla 5-ci sıradadır. Portuqaliya isə 13 xalla birinci pillədə qərarlaşıb.
