EN

FHN əhaliyə müraciət ETDİ

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmağı tövsiyə edib.

Milli.Az xəbər verir ki, bu barədə FHN-in ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar müraciətində qeyd olunub.

Vurğulanıb ki, hazırda qeyri-sabit və yağıntılı hava şəraiti, o cümlədən bir sıra ərazilərdə intensiv yağıntılar müşahidə olunur və belə hava şəraitinin yaxın günlər ərzində davan edəcəyi, ayrı-ayrı yerlərdə subasmanın, bəzi dağ çaylarında qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır.

"Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir", - müraciətdə bildirilib.

Milli.Az

Chosen
12
39
milli.az

10Sources