EN

Müharibə İraqın neft sənayesini “vurdu”

İraq Neft Nazirliyi ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin yaratdığı mövcud vəziyyət səbəbindən İraqdakı neft fəaliyyətləri və layihələrin böyük ölçüdə dayandığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, İraq Neft Nazirliyinin ixrac işləri üzrə nazir müavini Basim Məhəmməd Xudeyr ölkənin rəsmi xəbər agentliyi INA-ya verdiyi açıqlamada, "Müharibənin diqtə etdiyi mövcud şərait səbəbindən neft fəaliyyətləri və layihələr böyük ölçüdə dayanmış vəziyyətdədir" deyib.

Müharibə başa çatacağı təqdirdə neft yataqlarındakı hasilat səviyyəsinin bir neçə gün ərzində əvvəlki vəziyyətinə qayıtmasının mümkün olduğunu qeyd edən Xudeyr, qaz layihələrinin isə tamamilə dayanmadığını, lakin bu layihələrin davamlılığının birbaşa mövcud müharibənin sona çatmasından asılı olduğunu bildirib.

İraqlı nazirlik rəsmisi Xudeyr ən böyük maneənin tamamilə idxal və logistik dəstəkdən asılı olan tikinti layihələrində yaşandığını vurğulayaraq: "Mövcud şəraitdə Hörmüz boğazının bağlanması bu həyati layihələrin davam etdirilməsi baxımından böyük bir çətinlik təşkil edir", - ifadələrini işlədib.

Chosen
37
cebheinfo.az

1Sources