EN

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Portuqaliyaya məğlub olub

Bakı, 27 mart, AZƏRTAC

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin B qrupunda Portuqaliya ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, 8-ci kilometr qəsəbə stadionunda təşkil olunan görüş qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycanın U-21 millisi B qrupunda altı komanda arasında 5 xalla beşinci pillədədir.

Müxbir - Cavid Əliyev

Chosen
15
2
azertag.az

3Sources