Dədə - babadan həmişə yağış yağanda insanlar seviniblər. Seviniblər ki, yağış ruzi, bərəkət deməkdir. Yağış insanların arzuladığı vaxtda yağanda deməyi torpaqlara can verir, bol taxıl olur və digər kənd təsərrüfatı məhsulları da daha çox yetişir.
Heç kimə sirr deyil ki, normadan artıq yağan yağışların, daha doğrusu, leysan yağışların kənd təsərrüfatına ziyanı var. Məsələn, indi ağacların çiçək açan vaxtdır və orada tam mayalanma getməyib. Yağan fasiləsiz leysan yağışlar bu mayalanmaya tam imkan vermir və nəticədə isə meyvə ağaclarına böyük ziyan dəyər.
Heç şübhəsiz ki, bu da həmin ağacların məhsuldarlığına mənfi təsir edəcək. Amma o ki, qaldı otlaq sahələrinə, örüşlərə bu yağan yağışlar onlara can verir. Yeni ot bol olanda heyvandarlıq məhsulları da bol olur. Ətin, südün, şorun, yağın qiyməti ucuzlaşır. Bir sözlə, fasiləsiz leysan yağışların xeyirindən çox ziyanı var!
Emil FAİQOĞLU