AZ

Belə leysan yağışların xeyiri varmı?

Dədə - babadan həmişə yağış yağanda insanlar seviniblər. Seviniblər ki, yağış ruzi, bərəkət deməkdir. Yağış  insanların arzuladığı vaxtda yağanda  deməyi  torpaqlara can verir, bol taxıl olur və digər kənd təsərrüfatı məhsulları da  daha çox  yetişir.

Heç kimə sirr deyil ki, normadan artıq yağan yağışların, daha doğrusu, leysan yağışların kənd təsərrüfatına ziyanı  var. Məsələn, indi ağacların çiçək açan vaxtdır və orada tam mayalanma getməyib. Yağan  fasiləsiz leysan yağışlar bu mayalanmaya tam imkan vermir və nəticədə isə meyvə ağaclarına böyük ziyan dəyər.

Heç şübhəsiz ki, bu da həmin ağacların  məhsuldarlığına mənfi təsir edəcək. Amma o ki, qaldı otlaq sahələrinə, örüşlərə  bu yağan yağışlar onlara can  verir. Yeni ot bol olanda heyvandarlıq məhsulları da bol olur. Ətin, südün, şorun, yağın qiyməti ucuzlaşır. Bir sözlə, fasiləsiz leysan yağışların xeyirindən çox ziyanı var!

Emil FAİQOĞLU  

Seçilən
16
1
adalet.az

2Mənbələr