EN

ABŞ bazalarının koordinatlarını hamı bilir - Lavrov

Rusiya İranın bölgədəki ABŞ hərbi bazalarına zərbələr endirməsi üçün Tehrana kəşfiyyat məlumatları ötürmür.

Adalet.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazir qeyd edib ki, bu məsələ ilə bağlı Rusiya Prezidenti Vladimir Putin və onun mətbuat katibi Dmitry Peskov artıq açıqlama veriblər. Lavrovun sözlərinə görə, Moskva ilə Tehran arasında sıx münasibətlər və hərbi-texniki əməkdaşlıq haqqında saziş mövcuddur.

"Biz İrana müəyyən növ hərbi təyinatlı məhsullar tədarük etmişik, lakin Tehrana kəşfiyyat məlumatları ilə kömək etdiyimiz iddiaları ilə razılaşa bilmərik", — deyə o vurğulayıb.

Lavrov əlavə edib ki, bölgədəki ABŞ hərbi bazalarının koordinatları gizli deyil: "Bunu hamı bilir, bu açıq məlumatdır. İranın həmin obyektləri hədəfə alması məni təəccübləndirmir".

Chosen
12
2
adalet.az

4Sources