EN

Gözlənilən sel və daşqınla bağlı əhaliyə XƏBƏRDARLIQ

"Əhali sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalıdır".

 

HİT.az xəbər verir ki, bu çağırış Fövqəladə Hallar Nazirliyinin ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciətində yer alır.

 

Bildirilib ki, hazırda qeyri-sabit və yağıntılı hava şəraiti, o cümlədən bir sıra ərazilərdə intensiv yağış müşahidə olunur:

 

"Belə hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi, ayrı-ayrı yerlərdə subasmanın, bəzi dağ çaylarında qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır.

 

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. İntensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə halla üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir".

Chosen
5
39
hit.az

10Sources