EN

​"Benfika" Mourinyo ilə bağlı qərarını verdi

Dünya şöhrətli məşqçi Joze Mourinyo karyerasını öz ölkəsində davam etdirəcək. Metbuat.az xəbər verir ki, bu barədə Portuqaliya mediası məlumat yayıb. Xarici KİV tanınmış məşqçinin daha bir il Portuqaliyada fəaliyyət göstərəcəyini yazıb. "Benfika"nın Mourinyo ilə müqaviləni 2027-ci ilin yayına kimi uzatdığı bildirilib.

Qeyd edək ki, Joze Mourinyo ötən ilin oktyabrında "Benfika"nın sükanı arxasına keçib. "Benfika" hazırda Portuqaliya çempionatında 3-cü sırada qərarlaşıb. Onu lider "Portu"dan 7 xal ayırır.

Chosen
59
metbuat.az

1Sources