EN

Edin Ceko Bosniya və Herseqovina millisində tarix yazır

"Şalke"nin ulduz hücumçusu Edin Ceko milli komanda səviyyəsində inanılmaz bir stabillik nümayiş etdirir.

Fanat.Az xəbər verir ki, bosniyalı forvard ardıcıl 20 ildir ki, Bosniya və Herseqovina yığmasının heyətində qol vurmağı bacarır.

İlk dəfə 2007-ci ildə rəsmi matçda fərqlənən Ceko, 2026-cı ilə qədər hər təqvim ilində ən azı bir qol vuraraq böyük bir uğura imza atıb.

O, milli formayla ən məhsuldar ilini 2009-cu ildə keçirib və həmin dönəmdə rəqib qapılarına 8 yol tapıb.

39 yaşlı futbolçu bu statistikası ilə həm ölkəsində, həm də dünya futbolunda unikal bir rekorda sahib çıxıb.

Chosen
33
fanat.az

1Sources