EN

Putin dəstəyə görə Azərbaycana minnətdarlığını bildirdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 27-də videokonfrans vasitəsilə Dərbənddə binası yeni təmirdən çıxmış Azərbaycan Dövlət Musiqili Dram Teatrının açılışında iştirak edib.

Publika.az xəbər verir ki, mərasimdə Rusiya dövlət başçısı yenilənmiş teatrın açılışının Dağıstanın, bütün ölkənin və Qafqaz dövlətlərinin mədəni həyatı üçün əlamətdar hadisə olacağını qeyd edərək, zəngin mədəni mühitin yalnız paytaxtlarda deyil, bütün bölgələrdə əlçatan olmasının vacibliyini vurğulayıb.

Rusiya Federasiyasının Prezidenti, həmçinin teatrın XIX əsrdən başlayan zəngin tarixinə diqqət çəkərək, onun xadimlərinin incəsənətə sədaqətini qeyd edib və yenidənqurmadan sonra teatrın hazırda müasir binaya malik olduğunu vurğulayıb.

V.Putin layihənin beynəlxalq əhəmiyyətini vurğulayaraq, Dərbənddəki və Bakıdakı teatrları Rusiya və Azərbaycan mədəniyyətləri arasında unikal körpülər adlandırıb. O, Bakıdan gələn qonaqları salamlayıb və iki ölkə arasında münasibətlərin ortaq tarixi keçmiş və mədəni irsin möhkəm təməli üzərində inkişaf etdiyini vurğulayıb, Bakıdakı Rus Dram Teatrına verdiyi dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə Dağıstanın başçısı Sergey Məlikov və Azərbaycandan gələn nümayəndə heyəti, teatr ictimaiyyətinin nümayəndələri də iştirak edib. Qeyd edilib ki, yenilənmiş teatrın açılışı regionun mədəni həyatı və humanitar əlaqələrin möhkəmləndirilməsi üçün əlamətdar hadisədir.

Chosen
2
4
publika.az

8Sources