EN

Rubio: ABŞ Rusiya neftinə qarşı sanksiya rejimində dəyişikliklərə açıqdır

BAKI, 27 mart. TELEQRAF

ABŞ qlobal bazarlardakı vəziyyətdən asılı olaraq Rusiya neftinə qarşı sanksiya rejimini dəyişdirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Fransada keçirilən G7 xarici işlər nazirlərinin görüşünün ardından jurnalistlərlə görüşündə bildirib.

ABŞ-ın Rusiyadan neft və neft məhsullarının satışı üçün icazəsini yeniləyib-yeniləməməsi ilə bağlı suala cavab olaraq Rubio bildirib ki, müvafiq ABŞ Xəzinədarlıq lisenziyası yalnız artıq "su üzərində" olan neftə şamil edilir. O qeyd edib ki, "bu, ABŞ-ın uzunmüddətli siyasəti deyil".

ABŞ dövlət katibi bildirib ki, "Əlbəttə ki, dünyadakı vəziyyətə əsasən lazım gələrsə, [sanksiyalar rejimində] dəyişikliklər edəcəyik. Lakin prezident heç bir sanksiyanı birdəfəlik ləğv etmək istəyini bildirməyib".

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiyadan gəmilərə yüklənmiş neft və neft məhsullarının satışına tətbiq edilən sanksiyaları 12 martdan əvvəl ləğv etmişdi. Agentliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən verilən ümumi lisenziya bu cür əməliyyatlara 11 aprelə qədər icazə verir.

Chosen
23
teleqraf.com

1Sources