Çində robot texnologiyaları sahəsində diqqətçəkən yenilik təqdim olunub.
Musavat.com xəbər verir ki, yayılan görüntülərdə “robot itlərdən” ibarət sürünün şəhər döyüşü şəraitində koordinasiyalı şəkildə fəaliyyət göstərdiyi nümayiş etdirilib.
Məlumata görə, bu robotların hər biri fərqli funksiyalar yerinə yetirir – bəziləri kəşfiyyat aparır, digərləri isə müxtəlif əməliyyat tapşırıqlarını icra edir. Bütün sistem isə vahid “beyin” vasitəsilə idarə olunur və mürəkkəb tapşırıqlar kollektiv şəkildə yerinə yetirilir.
Ekspertlər qeyd edir ki, bu texnologiya gələcəkdə hərbi əməliyyatların aparılma üsulunu ciddi şəkildə dəyişə bilər.
Musavat.com