Yaxın Şərqdə gərginlik kəskin şəkildə artmaqda davam edir.
Musavat.com xəbər verir ki, İran hazırda İsrailin Təl-Əviv şəhərinə kaset tipli sursatlarla raket zərbələri endirir.
Məlumatlara görə, hücum zamanı istifadə olunan raketlər havada parçalanaraq kaset tipli bombalar şəklində şəhərin müxtəlif ərazilərinə səpələnir. Bildirilir ki, bu sursatların hər bir parçasının çəkisi təxminən 5–6 kiloqram təşkil edir və geniş əraziyə yayılaraq ciddi dağıntılara səbəb olur.
İlkin məlumatlara əsasən, İsrailin hava hücumundan müdafiə sistemləri bu raketlərin qarşısını tam ala bilməyib və nəticədə Təl-Əvivin müxtəlif nöqtələrinə zərbələr endirilib. Şəhər üzrə hava həyəcan siqnalları verilib, əhaliyə dərhal sığınacaqlara getmək çağırışı edilib.
Hazırda şəhərin müxtəlif ərazilərində yanğınların baş verdiyi bildirilir. Hadisənin miqyası ilə bağlı vəziyyət hələ də dəqiqləşdirilir.
İndiyədək itkilər, yaralananlar və ümumi maddi zərər barədə rəsmi məlumat açıqlanmayıb.
Musavat.com