BAKI, 28 mart. TELEQRAF
İranın paytaxtı Tehranda hərbi-dəniz qüvvələrinə məxsus bir neçə müəssisə hava zərbələrinə məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. Bildirilir ki, İran Müdafiə Nazirliyinin hərbi-dəniz qüvvələrinə aid obyektləri kütləvi bombardmana tutulub.
Həmçinin qeyd olunur ki, paytaxtın şimal ətrafında yerləşən Kərəc şəhərində eyni vaxtda azı beş güclü partlayış baş verib.