AZ

Tehranda hərbi-dəniz obyektlərinə zərbələr endirilib

Tehranda İranın hərbi-dəniz qüvvələrinə aid müəssisələr hava hücumuna məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

    Məlumata görə, İran Müdafiə Nazirliyinə məxsus hərbi-dəniz obyektləri kütləvi bombardman edilib.

    Bildirilib ki, eyni zamanda Tehranın şimal ətrafı Kərəc şəhərində azı 5 güclü partlayış qeydə alınıb.

    Hadisə nəticəsində zərər və ya xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib.

    Seçilən
    13
    5
    bakivaxti.az

    10Mənbələr