EN

İrandan ABŞ bazasına zərbə: 12 hərbçi yaralandı

İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava bazasına endirdiyi zərbə nəticəsində 12 Amerika əsgəri yaralanıb.

Musavat.com Reiters-ə istinadən xəbər verir ki, əsgərlərdən ikisi ağır yaralanıb.

ABŞ-İsrail hərbi əməliyyatının başlanğıcından bəri 300-dən çox Amerika hərbçisi yaralanıb və 13 nəfər həlak olub.

The Wall Street Journal-dakı mənbələrə görə, İranın bazaya raket və dronlardan istifadə edərək endirdiyi zərbə nəticəsində bir neçə tanker təyyarəsi də zədələnib.

Daha əvvəl SEPAH) ABŞ qüvvələrinin yerləşdiyi Səudiyyə Ərəbistanının Xərc şəhərindəki Şahzadə Sultan hava bazasında bir neçə tanker təyyarəsini məhv etdiyini iddia etmişdi.

Musavat.com

Chosen
46
musavat.com

1Sources