EN

ABŞ Venesueladan mineralların tədarükü ilə bağlı bəzi əməliyyatları sanksiyalardan çıxarıb

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Vaşinqton administrasiyası ABŞ şirkətlərinin Venesueladan mineral xammal tədarükü ilə bağlı bəzi əməliyyatlarını sanksiyalardan azad edib.

Bizimyol.info xəbər verir ki, məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivləri Nəzarət İdarəsinin (OFAC) saytında dərc olunmuş ümumi lisenziyalar vasitəsilə verilib.

Sənədlərə görə, ABŞ strukturlarının Venesuela mənşəli mineral xammalın – o cümlədən qızılın – ixracı, satışı, tədarükü, saxlanması, alınması, çatdırılması və daşınması ilə bağlı əməliyyatlara icazə verilir. İcazə Venesuela hökuməti, "Minerven" şirkəti və onun törəmə strukturları ilə bağlı əməliyyatlara şamil olunur. Lisenziyada vurğulanır ki, bütün bu əməliyyatlar ABŞ qanunvericiliyi çərçivəsində həyata keçirilməli və hər hansı mübahisə ABŞ-da həll olunmalıdır. Sanksiyaya məruz qalmış şəxslərə nəzərdə tutulmuş bütün ödənişlər xüsusi hesaba köçürülməlidir.

Martın əvvəlində ABŞ Maliyyə Nazirliyi oxşar əməliyyatlara yalnız Venesueladan ABŞ-a qızıl tədarükü üçün icazə vermişdi. Yeni lisenziya isə bütün Venesuela mineral xammalına şamil olunur və yalnız ABŞ-a idxal əməliyyatları ilə məhdudlaşmır. Lakin bu lisenziya Rusiya, Çin, İran, Şimali Koreya və Kuba və onların nəzarətində olan strukturlarla hər hansı əməliyyatları hələ də qadağan edir. Eyni zamanda, göstərilən ölkələrdə Venesuela mineral xammalının emalı üçün əməliyyatlar da icazə verilmir.

Sənədə əsasən, Venesuela mineral xammalının satışı və təkrar satışı ilə məşğul olan şəxslər Vaşinqton administrasiyasına müntəzəm hesabat verməlidirlər.

Digər lisenziya isə ABŞ şirkətlərinə Venesuelaya mədənçiliklə bağlı avadanlıq və texnologiya tədarükünü icazə verir. Bundan əlavə, Maliyyə Nazirliyi Venesuelanın mədənçilik sektoruna yeni investisiyalarla bağlı danışıqlar aparmaq və şərti müqavilələr bağlamaq üçün əməliyyatları da təsdiqləyib. Bu müqavilələrin həyata keçirilməsi üçün isə ayrıca icazə tələb olunur. Bu lisenziyalar da Rusiya, Çin, İran, Şimali Koreya və Kuba və onların nəzarətində olan şəxslər və strukturlarla əməliyyatları qadağan edir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
icma.az

1Sources